İsrailin məşhur siyasi xadimi vəfat edib

İsrailin məşhur siyasi xadimi vəfat edib Bakı. 7 yanvar. REPORT.AZ/ İsrailin keçmiş müdafiə naziri, “Likud” Partiyasının qocamanlarından Moşe Arens 93 yaşında Tel Əviv yaxınlığındakı evində vəfat edib.
Digər ölkələr
103
7 Yanvar , 2019 18:29
İsrailin məşhur siyasi xadimi vəfat edib

Bakı. 7 yanvar. REPORT.AZ/ İsrailin keçmiş müdafiə naziri, “Likud” Partiyasının qocamanlarından Moşe Arens 93 yaşında Tel Əviv yaxınlığındakı evində vəfat edib.

“Report” “Haaretz”ə istinadən xəbər verir ki, İsrail siyasətində “kübar” ləqəbi ilə ad çıxaran M.Arens millətçi, liberal və demokratik sionizmin liderlərindən hesab olunurdu.

Baş nazir Benyamin Netanyahunun siyasi patronu hesab edilən M.Arens 1974-cü il Knessetə seçiləndən sonra Xarici siyasət və müdafiə komitəsinin sədri olub, 1982-ci ildə ABŞ-da səfir vəzifəsinə, bir il sonra da müdafiə naziri təyin olunub. Həmin vəzifəni müxtəlif vaxtlarda üç dəfə tutan Arens xarici işlər naziri vəzifəsində də çalışıb.

Massaçusets Texnologiya İnstitutunda mexanika mühəndisliyi, Kaliforniya Texnologiya İnstitutunda aeronavtika mühəndisliyi ixtisasına yiyələnən, 1944-1946-cı illərdə ABŞ hərbi mühəndislər korpusunda da çalışmış Arensin ölkəsi qarşısında ən böyük xidmətlərindən biri kimi aviasiya sənayesini inkişaf etdirməsi göstərilir.

Son xəbərlər

Orphus sistemi