İsraildə son sutkada daha 482 nəfər koronavirusa yoluxub

İsraildə son sutkada daha 482 nəfər koronavirusa yoluxub İsraildə koronavirusa yoluxanların sayı son sutkada 482 nəfər artıb.
Digər ölkələr
30 Mart , 2020 12:28
İsraildə son sutkada daha 482 nəfər koronavirusa yoluxub

İsraildə koronavirusa yoluxanların sayı son sutkada 482 nəfər artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların 80-nin vəziyyəti ağır olmaqla 4 347 nəfərə çatıb. 543 pasiyent xəstəxanaya yerləşdirilib, 2 107 xəstə ev şəraitində müalicə olunur, 586 nəfər isə həkim və xüsusi tibbi avadanlıqla təchiz edilmiş mehmanxanada müayinə edilir. 

Məlumatda həmçinin İsraildə 15 nəfərin infeksiyadan öldüyü vurğulanıb.

Son xəbərlər

Orphus sistemi