Məlumatda qeyd olunur ki, mövcud qərarı millət vəkili Yariv Levinin rəhbərlik etdiyi komissiya qəbul edib. Eyni zamanda qanun layihəsinin səsverməyə çıxarılaraq qəbul edilməsi planlaşdırılır.
Qeyd edək ki, İsraildə martın 17-də keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilərə hazırlıq çərçivəsində parlamentin buraxılması üçün 84 deputat kasasiya şikayəti verib. Belə bir qərar qəbul edilərsə, parlament seçkiyə qədər fəaliyyətini donduracaq.