İsraildə koronavirusdan ölənlərin sayı 234 nəfərə çatdı

İsraildə koronavirusdan ölənlərin sayı 234 nəfərə çatdı İsraildə koronavirusa yoluxanların sayı 16 237 nəfərə çatıb.
Digər ölkələr
4 May , 2020 14:09
İsraildə koronavirusdan ölənlərin sayı 234 nəfərə çatdı

İsraildə koronavirusa yoluxanların sayı 16 237 nəfərə çatıb.

“Report” “Newsru”ya istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 44 yeni yoluxma, 4 ölüm hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin ümumi sayı 234-ə çatıb, indiyədək 9 858 pasiyent sağalıb.

Hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 582 000-i ötüb. Bunların 1 159 953 nəfəri sağalıb, 248 555 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi