İsraildə koronavirusa yoluxanların sayı 16,5 mini ötdü

İsraildə koronavirusa yoluxanların sayı 16,5 mini ötdü İsraildə koronavirusa yoluxanların sayı 16 567 nəfərə çatıb.
Digər ölkələr
14 May , 2020 13:45
İsraildə koronavirusa yoluxanların sayı 16,5 mini ötdü

İsraildə koronavirusa yoluxanların sayı 16 567 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 28 yeni yoluxma, 2 ölüm hadisəsi qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 264-ə çatıb. İndiyədək 12 364 pasiyent sağalıb.

İsraildə hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,4 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 298 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi