İsraildə koronavirusa 20 yeni yoluxma aşkarlandı

İsraildə koronavirusa 20 yeni yoluxma aşkarlandı İsraildə koronavirusa yoluxanların sayı 16 643 nəfərə çatıb.
Digər ölkələr
19 May , 2020 06:32
İsraildə koronavirusa 20 yeni yoluxma aşkarlandı

İsraildə koronavirusa yoluxanların sayı 16 643 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 20 yeni yoluxma, 4 ölüm hadisəsi qeydə alınıb.

Bununla da koronavirusdan ölənlərin ümumi sayı 276-ya çatıb. İndiyədək 13253 pasiyent sağalıb.

Hazırda müalicə alan 3 114 xəstənin 52-sinin vəziyyəti ağırdır, 42 pasiyent isə süni nəfəs aparatına qoşulub.

İsraildə 20 maya qədər çimərliyə getmək qadağandır. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyət göstərməyə başlayıb. Ötən bazar günü (17 May - Red) orta ümumtəhsil məktəblərində tədris prosesi bərpa olunub.

Son xəbərlər

Orphus sistemi