​İsraildə hərbçilərlə toqquşma zamanı 4 fələstinli öldürülüb

​İsraildə hərbçilərlə toqquşma zamanı 4 fələstinli öldürülüb Onlar yerli hərbçilərlə toqquşma zamanı qətlə yetiriliblər
Digər ölkələr
8 Yanvar , 2016 06:58
​İsraildə hərbçilərlə toqquşma zamanı 4 fələstinli öldürülüb

Bakı. 8 yanvar. REPORT.AZ/ İsraildə yanvarın 7-də fələstinlilərlə yerli hərbçilər arasında iki toqquşma qeydə alınıb.

"Report" xəbər verir ki, "Haaretz" nəşri dörd fələstinlinin öldürüldüyünü, qarşı tərəfdən ölən və yaralananın olmadığını yazır.

Hərbçilərin məlumatına görə, üç fələstinli Buş Etsion bölgəsində İsrailin Müdafiə Ordusu nümayəndələrinə hücum etdikdən sonra qətlə yetirilib.

Daha bir fələstinli Xevron yaxınlığında əsgərə hücum etmək istəyərkən öldürülüb. Onun üzərindən, digərlərində olduğu kimi bıçaq aşkar edilib.

Son xəbərlər

Orphus sistemi