İsraildə daha 10 məktəbdə yoluxma qeydə alınıb

İsraildə daha 10 məktəbdə yoluxma qeydə alınıb İsraildə koronavirusa görə 139 məktəb və uşaq bağçası bağlanıb.
Digər ölkələr
10 İyun , 2020 15:30
İsraildə daha 10 məktəbdə yoluxma qeydə alınıb

İsraildə koronavirusa görə 139 məktəb və uşaq bağçası bağlanıb.

“Report” “Newsru”ya istinadən xəbər verir ki, məlumatı İsrailin Təhsil Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada daha 10 təhsil müəssisəsində COVID-19 aşkarlanıb.

İsraildə 428 məktəbli, müəllim və təhsil müəssisəsinin əməkdaşı koronavirusa yoluxub. Bu həftə daha 63 təhsil ocağı bağlanacaq. 1 909 şagird və müəllim koronavirusa yoluxduğu üçün karantində saxlanılır.

Qeyd edək ki, İsraildə son sutkada 148 nəfər yoluxub, 1 pasiyent isə ölüb. Ölkə üzrə 18 180 nəfər yoluxub, 299 nəfər isə pandemiyanın qurbanı olub.  

Son xəbərlər

Orphus sistemi