İsraildə 266 pasiyent koronavirusun qurbanı olub

İsraildə 266 pasiyent koronavirusun qurbanı olub İsraildə koronavirusa yoluxanların sayı 16 589 nəfərə çatıb.
Digər ölkələr
15 May , 2020 15:22
İsraildə 266 pasiyent koronavirusun qurbanı olub

İsraildə koronavirusa yoluxanların sayı 16 589 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 22 yeni yoluxma, 2 ölüm hadisəsi qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 266-ya çatıb. İndiyədək 12 587 pasiyent sağalıb.

İsraildə hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub.

Son xəbərlər

Orphus sistemi