İsrail xüsusi xidmət orqanları bir sıra terror aktlarının qarşısını alıb

İsrail xüsusi xidmət orqanları bir sıra terror aktlarının qarşısını alıb Terrorçuların əsas məqsədlərindən biri Qüdsdəki futbol stadionu olub
Digər ölkələr
27 Noyabr , 2014 16:10
İsrail xüsusi xidmət orqanları bir sıra terror aktlarının qarşısını alıb

Bakı. 27 noyabr. REPORT.AZ/ İsrail təhlükəsizlik xidməti orqanları sentyabr ayında bir neçə böyük terror aktının qarşısını alıb. Terror aktlarını HƏMAS qruplaşması İordan çayının qərb sahilində törətməyi planlaşdırıb. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə İsrailin Ümumi Təhlükəsizlik Xidmətindən (ŞABAK) bildiriblər. 

Terrorçuların əsas məqsədlərindən biri Qüdsdəki futbol stadionu olub.

ŞABAK əməkdaşlarının İsrail müdafiə ordusu ilə birgə keçirdikləri əməliyyat nəticəsində terror aktlarının hazırlanmasında iştirak edən HƏMAS qruplaşmasının 30-dan artıq üzvü həbs olunub. Həbs olunanlardan bəziləri üçüncü ölkələrdə hazırlıq keçib, sonradan terror aktlarında iştirak etmək üçün İordan çayının qərb sahilinə gətiriliblər. 

ŞABAK-ın verdiyi məlumata görə, stadiondan başqa, HƏMAS üzvləri Qüds və İsrailin digər şəhərlərində nəqliyyatda terror aktları törətmək, eləcə də bəzi şəxslərin oğurlanmasını planlaşdırıblar. Keçirilən əməliyyat zamanı xeyli sayda silah-sursat, eləcə də partlayıcı qurğuların hazırlanmasında istifadə olunan materiallar aşkar edilərək götürülüb. 

Son xəbərlər

Orphus sistemi