Yuxarı

​İsrail Suriyadan açılan atəşə aviazərbə ilə cavab verib

Minaatanlardan açılan atəş nəticəsində ölən və yaralanan olmayıb

Bakı. 25 iyul. REPORT.AZ/ İsrail aviasiyası Suriyadan hazırda nəzarəti altında olan mübahisəli Colan təpələrinə açılan atəşə cavab olaraq, ərəb ölkəsi ilə sərhədyanı zonalara havadan zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Suriya ərazisindən minaatanlardan açılan atəş nəticəsində ölən və yaralanan olmayıb.

Hərbçilər əvvəllər əksər bu kimi hallarda olduğu kimi, mərmilərin qonşu dövlətdə qruplaşmalar arasında gedən atışma nəticəsində, təsadüfən Colan təpələri ərazisinə düşdüyünü ehtimal edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi