Yuxarı

İsrail Qüdsün Köhnə Şəhər hissəsinə səfərlərə məhdudiyyət tətbiq edib

Fələstin hökuməti İsrailin bu addımını pisləyib.

Bakı. 4 oktyabr. REPORT.AZ/ İsrail polisi bazar günü bir fələstinlinin iki israillini qətlə yetirməsindən sonra Qüdsün Köhnə Şəhər hissəsinə səfərlərə məhdudiyyət tətbiq edib.

“Report”un “Amerikanın Səsinə” istinadən verdiyi xəbərə görə, iki gün qüvvədə olacaq qadağa şəhərdə yaşayan, işləyən və ya oxuyanlara şamil edilmir.

Daha bir məhdudiyyət Əl-Aqsa məscidinin yerləşdiyi bölgəyə tətbiq edilib. Bu bölgəyə 50 yaşından aşağı kişilər buraxılmır. Qadınlara yaş məhdudiyyəti tətbiq edilməyib.

Fələstin hökuməti İsrailin bu addımını pisləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi