İsrail qırıcıları Suriyanı bombalayıb, 11 nəfər ölüb - ƏLAVƏ OLUNUB

İsrail qırıcıları Suriyanı bombalayıb, 11 nəfər ölüb - ƏLAVƏ OLUNUB Bakı. 21 yanvar. REPORT.AZ/ İsrail qırıcılarının Suriya paytaxtı Dəməşqi bombalaması nəticəsində azı 11 nəfər ölüb.
Digər ölkələr
21 Yanvar , 2019 12:21
İsrail qırıcıları Suriyanı bombalayıb, 11 nəfər ölüb - ƏLAVƏ OLUNUB
0 : 00
0 : 00

Bakı. 21 yanvar. REPORT.AZ/ İsrail qırıcılarının Suriya paytaxtı Dəməşqi bombalaması nəticəsində azı 11 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı yanvarın 21-də Suriya İnsan Hüquqları Monitorinq Təşkilatı yayıb.

Təşkilatdan bildirilib ki, ölənlər ya hərbçi, ya da silahlı birləşmələrin döyüşçüləridir. Onlardan ikisinin suryalı olduğu qeyd edilib.

Rusiya Müdafiə Nazirliyinin İdarəetmə Mərkəzindən bildirilib ki, Suriyanın hava hücumundan müdafiə sistemləri (Bəşşar Əsədə bağlı) 48 saat ərzində İsrailin 30 raketini zərəsizləşdirib.

İsrailin “Haaretz” qəzeti hərbi mənbələrə istinadən yazıb ki, İran İsrailin Suriyadakı hərbi mövqelərini bombaladıqdan sonra qarşı tərəfdə İslam Respublikasının bu ölkədəki hədəflərini vurub.

***

İsrailin Müdafiə Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada deyilir:  “Müdafiə ordumuz indiyədək Suriyada Feylak əl-Qüdsə aid hədfələri vurur”. 

İranın Hərbi Hava Qüvvələrindən isə bildirilib ki, İslam Respublikası İsrailə hücum edib, bu ölkəni yox etməyi səbirsizliklə gözləyir.

Qeyd edək ki, Feylak əl-Qüds İran İnqilab Keşikçilrinə aid xüsusi təyinatlı dəstədir.

Son xəbərlər

Orphus sistemi