Bakı. 24 İyun. REPORT.AZ/ Ötən gün axşamdan başlayaraq, İsrail hərbi təyyarələri Qəzza zolağının şimalına raket-bomba zərbələri endirib.
"Report"un "Gazeta.ru" saytına istinadən verdiyi xəbərə görə, aviazərbələr "Həmas" təşkilatı üzvlərinin İsrail ərazisinə atdığı raketə cavab olaraq həyata keçirilib.
Ölən və xəsarət alanlar barədə məlumat verilmir.