Yuxarı
    Bağlamaq

    İsrail Qəzzaya yeni raket zərbələri endirib

    Tələfat barədə məlumat yoxdur

    Bakı. 6 fevral. REPORT.AZ/ İsrail aviasiyası və artilleriyası bazar ertəsi axşam Qəzza Zolağı ilə sərhəddə hərbçilərinin atəşə tutulmasından sonra Fələstin döyüşçülərinin mövqelərinə hücum edib.

    "Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

    Bu, gün ərzində artıq ikinci zərbə mübadiləsidir. Hər iki tərəfdən itki barədə məlumat yoxdur.

    "HHQ İsrailin yaşayış məntəqəsinə atılan raketə və hərbçilərə hücumuna cavab olaraq HƏMAS-ın üç postuna zərbə endirib", - deyə press-relizdə bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi