İsrail Qəzza zolağını bombalayıb

İsrail Qəzza zolağını bombalayıb Əməliyyatda ölkənin Hərbi Hava Qüvvələri iştirak edib
Digər ölkələr
21 Avqust , 2016 20:16
İsrail Qəzza zolağını bombalayıb

Bakı. 21 avqust. REPORT.AZ/ İsrail ordusu bazar günü Sderot şəhərinə atılan raketə cavab olaraq HƏMAS hərəkatının Qəzza zolağındakı bir sıra obyektlərinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə "Jerusalem Post" nəşri məlumat yayıb.

Əməliyyatda İsrailin Hərbi Hava Qüvvələri iştirak edib. Həmçinin tanklardan da atəş açılıb.

"Jerusalem Post" qeyd edir ki, 2016-cı ildə Qəzza zolağından İsrailə 14 raket atılıb.

Son xəbərlər

Orphus sistemi