İsrail Qəzza zolağını atəşə tutub

İsrail Qəzza zolağını atəşə tutub Bakı. 8 avqust. REPORT.AZ/ İsrail ordusuna məxsus tank Qəzza zolağının şimal hissəsində tikinti texnikasının atəşə tutulmasına cavab olaraq Fələstinin HƏMAS hərəkatının mövqelərinə zərbə endirib.
Digər ölkələr
8 Avqust , 2018 21:56
İsrail Qəzza zolağını atəşə tutub

Bakı. 8 avqust. REPORT.AZ/ İsrail ordusuna məxsus tank Qəzza zolağının şimal hissəsində tikinti texnikasının atəşə tutulmasına cavab olaraq Fələstinin HƏMAS hərəkatının mövqelərinə zərbə endirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun "Twitter" səhifəsi məlumat yayıb.

"Bu gün terrorçular Qəzza zolağının şimalına yaxın ərazidə tikinti işləri aparan nəqliyyat vasitəsini atəşə tutublar. Buna cavab olaraq IDF-in tankı Qəzza zolağının şimal hissəsində HƏMAS-ın postuna zərbə endirib", — deyə məlumatda bildirilir.

Məlumata görə, fələstinlilər Qəzza ilə sərhəddə hasar tikən mülki şəxsləri atəşə tutublar.

Son xəbərlər

Orphus sistemi