Yuxarı
    Bağlamaq

    İsrail ordusu Suriya ilə sərhəddə pilotsuz aparat vurduğunu bəyan edib

    İsrail Müdafiə Ordusunun nümayəndəsi: Vurulan pilotsuz aparat Hizbullaha məxsusdur© РИА Новости / Михаил Воскресенский

    Bakı. 19 sentyabr. REPORT.AZ / İsrailin Hava Hücumundan Müdafiə Sistemi Holan yüksəkliklərində hava məkanına daxil olmaq istəyən pilotsuz aparatı vurub. 

    Bunu "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

    Bu məqsədlə "Patriot" zenit-raket kompleksindən istifadə olunub.

    İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, pilotsuz aparat İran istehsalı olub və "Hizbullah" hərəkatının nümayəndələri tərəfindən istifadə olunurdu.

    Onun sözlərinə görə, Dəməşqin hava limanından uçan kəşfiyyat "dron"u Patriot zenit-raket kompleksi ilə məhv edilib və qonşu dövlətin cənubundakı demilitarizasiya zonasına düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi