İsrailli nazir 7 ildən sonra Misirə səfər edib

İsrailli nazir 7 ildən sonra Misirə səfər edib Bakı. 15 yanvar. REPORT.AZ/ İsrailin infrastruktur və energetika naziri Yuval Steinitz Misirə səfər edib.
Digər ölkələr
15 Yanvar , 2019 14:15
İsrailli nazir 7 ildən sonra Misirə səfər edib

Bakı. 15 yanvar. REPORT.AZ/ İsrailin infrastruktur və energetika naziri Yuval Steinitz Misirə səfər edib. 

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Qahirədəki səfirliyinin “Facebook” səhifəsində məlumat yayılıb. 

Bu, son 7 ildə İsrailin hökumət nümayəndələrinin Misirə ilk rəsmi səfəridir.

Qahirədə ilk dəfə təbii qaz üzrə regional konfrans keçirilir. Səfirlik Yuval Steinitzin tədbirdə iştirakını təsdiqləyən fotoları paylaşıb.

Konfransda Fələstin və İordaniyanın rəsmiləri də iştirak ediblər.

“Qahirədə İsraili və hökumətini təmsil etdiyim üçün çox şadam. Bu ilk rəsmi ziyarətimdi. 2011-ci il yanvarın 25-dən sonra (Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin hakimiyyətdən devrildiyi gün-red.) Misir hökuməti tərəfindən ilk dəfə israilli bir naziri rəsmi olaraq, Qahirəyə dəvət ediblər. Başqa sözlə bu, İsrail və Misir arasında əlaqələrin, əməkdaşlığın inkişaf etdiyinin göstəricisidir”, -  Yuval Steinitz konfransada vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi