Yuxarı
    Bağlamaq

    İsrail İordan çayının Qərb sahilində 2 minə yaxın ev tikəcək

    Ölkənin Hərbi-Siyasi Kabineti bu təklifi yekdilliklə təsdiq edib

    Bakı. 31 mart. REPORT.AZ/ İsrailin Hərbi-Siyasi Kabineti İordan çayının Qərb sahilində uzun illər ərzində ilk yəhudi məskəninin tikintisini yekdilliklə təsdiq edib.

    "Report" xəbər verir ki, bu barədə ölkənin baş naziri Binyamin Netanyahu öz "Facebook" səhifəsində yazıb.

    “Baş nazir Netanyahunun rəhbərlik etdiyi Hərbi-Siyasi Kabinet Amon sakinləri üçün Şilox vadisi ərazisində yeni qəsəbənin salınmasına razılıq verib”, - deyə məlumatda bildirilir.

    Qeyd olunur ki, hazırda 2 minə yaxın evin tikintisi planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi