Yuxarı

​İsrail əsgərləri tərəfindən üç fələstinli qətlə yetirilib

Yüzdən çox fələstinli İsrailə qarşı etiraz aksiyası keçirib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Yüzdən çox fələstinli İordan çayının Qərb sahili və Qəzza zolağında keçirilən etiraz aksiyasında iştirak edib.

"Report" xəbər verir ki, aksiyalar zamanı onlar İsrail hərbçilərini daşa basıblar.

Bununla yanaşı toqquşmalar zamanı üç etirazçı İsrail Müdafiə Ordusu əsgərlərinin açdığı atəş nəticəsində həlak olub.

RİA "Novosti"nin məlumatına görə, Qərb sahilində Beyt Furik şəhərində etiraz aksiyası iştirakçıları şəhər kənarındakı İsrail hərbi postuna yaxınlaşaraq onlara daş atmağa başlayıblar. İsrail əsgərləri cavab olaraq etirazçılara atəş açıblar. Nəticədə bir fələstinli həyatını itirib.

Daha iki etirazçı Qəzzada İsrail hərbçilərinin açdığı atəş nəticəsində həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi