İsrail daxili işlər nazirinin keçmiş müavininə qarşı bir neçə ittiham irəli sürülüb

İsrail daxili işlər nazirinin keçmiş müavininə qarşı bir neçə ittiham irəli sürülüb Şübhəlilərin bəziləri məhkəməyədək prokurorluq və polislə sövdələşmə etmək üçün danışıqlar aparır
Digər ölkələr
8 Avqust , 2017 13:43
İsrail daxili işlər nazirinin keçmiş müavininə qarşı bir neçə ittiham irəli sürülüb

Bakı. 8 avqust. REPORT.AZ/ İsrail daxili işlər nazirinin keçmiş müavini Faina Kirşenbauma qarşı bir neçə cinayət üzrə ittiham irəli sürülüb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, o, rüşvətxorluq, ictimaiyyətin etimadınadan sui-istifadə edib yalan danışmaq, çirkli pulların yuyulması, eləcə də verginin ödənilməsində qanunu pozmaqda ittiham olunur.

“İsrail evimizdir” Partiyasının baş qərargahının keçmiş başçısı Daud Qodovski, Kənd Təsərrüfatı Nazirliyinin keçmiş baş direktoru Rami Koen və onun arvadı Batye, “Ayyalim” təşkilatının başçısı Matana Dahana və onun müavini Dani Qliksberq, Sahibkarlar İttifaqının baş direktoru İren Voldberq, habelə regional şuranın xəzinədarı Mate Binyamin Efe Pelesə qarşı da ittiham irəli sürülüb.

“Haarets”in yazdığına görə, şübhəlilərin bəziləri məhkəməyədək prokurorluq və polislə sövdələşmə etmək üçün danışıqlar aparır. Qəzet bildirib ki, bu danışıqları lobbiçi İsrael Yeqoşua, eləcə də Faina Kirşenbaumun keçmiş köməkçisi Viktoriya Rabina keçirir.

Qeyd edək ki, Faina Kirşenbaum 1955-ci il noyabrın 27-də Ukraynanın Lvov şəhərində anadan olub. 1970-ci illərdə Ukraynadan İsrailə repatrasiya olunub. 

Son xəbərlər

Orphus sistemi