Bakı. 6 iyun. REPORT.AZ/ İspaniyanın Sosialist Fəhlə Partiyası tərəfindən yaradılmış yeni hökumətin üzvlərinin əksəriyyəti qadınlardır.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Pedro Sançes mətbuat konfransında bildirib.
VI Filippin dövlət başçısı olduğu yeni hökumətin tərkibini açıqlayan baş nazir qeyd edib ki, hökumətdəki 17 nazirdən 11-i qadındır. Sançesin sözlərinə görə, bu fakt hökumətin prioritetinin kişilərlə qadınlar arasında hüquq bərabərliyinin təmin edilməsindən ibarət olacağını əks etdirir.
İspaniyada hökumət rəhbərinin müavini Karmen Kalvo olub. O, həmçinin Hüquq Bərabərliyi üzrə Nazirliyə rəhbərlik edib.
Ölkənin Xarici İşlər Nazirliyinə Avropa Parlamentinin keçmiş rəhbəri Jozep Borrel rəhbərlik edəcək. Yeni iqtisadiyyat naziri isə Nadiya Kalvinyodur.