​İspaniyanın hərbi təyyarəsi Atlantik okeana düşüb

​İspaniyanın hərbi təyyarəsi Atlantik okeana düşüb Qəza baş verən əraziyə xilasedici helikopter uçub
Digər ölkələr
23 Oktyabr , 2015 11:13
​İspaniyanın hərbi təyyarəsi Atlantik okeana düşüb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Mavritaniyadan Kanar adalarına uçan İspaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə Atlantik okeanında qəzaya uğrayıb.

"Report" "Associated press"ə istinadən xəbər verir ki, bu haqda İspaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində üç nəfər - iki pilot və bir mexanik olub. Onların taleyi haqda məlumat yoxdur.

İspaniya hakimiyyəti bildirib ki, hadisə Qran-Kanariya adasında yerləşən Qando aviasiya bazasından 450 km aralı baş verib.

Qəza baş verən əraziyə xilasedici helikopter uçub.

Hadisənin başvermə səbəbi məlum deyil. Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi