​İspaniyanın baş naziri yeni hökumətə rəhbərlikdən imtina edib

​İspaniyanın baş naziri yeni hökumətə rəhbərlikdən imtina edib Onun partiyası parlamentdə 350 mümkün yerdən 123-nü əldə edib
Digər ölkələr
23 Yanvar , 2016 07:26
​İspaniyanın baş naziri yeni hökumətə rəhbərlikdən imtina edib

Bakı. 23 yanvar. REPORT.AZ/ İspaniyanın hazırkı baş naziri Mariano Raxoy kralın yeni hökumətə rəhbərlik təklifindən imtina edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Raxoy digər partiyalarla öz namizədliyinin dəstəklənməsinə dair razılıq əldə edə bilməyib.

Baş nazirin rəhbərlik etdiyi siyasi qüvvə yeni parlamentdə 123 yer əldə edib və bu əksəriyyət deyil. Yaxın vaxtlarda kral baş nazir postuna yeni namizədlik üzrə danışıqlara başlayacaq.

Bu posta əsas namizəd kimi Sosialist Partiyasının lideri Pedro Sançes göstərilir.

Son xəbərlər

Orphus sistemi