Bakı. 7 sentyabr. REPORT.AZ/ “Kataloniyanın müstəqilliyi ilə bağlı referendum keçirilməyəcək”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu İspaniyanın baş naziri Mariano Raxoy bildirib.
“Kataloniya hökumətinin qərarı separatçı xarakter daşıyır. Mən Konsitusiya Məhkəməsində referendum qərarının anti-konstitusion olduğuna dair iddia qaldırılıması barədə tapşırıq vermişəm. Öz müqəddəratını təyinetmə referendumu olmayacaq”, - deyə Raxoy vurğulayıb.
Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 1-də müstəqilliklə bağlı referendumun keçirilməsi haqqında qərar qəbul edib.