İspaniyada sərnişin avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 27-si xəsarət alıb

İspaniyada sərnişin avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 27-si xəsarət alıb Bakı. 3 sentyabr. REPORT.AZ/ İspaniyada sərnişin avtobusu qəzaya uğrayıb.
Digər ölkələr
3 Sentyabr , 2018 19:59
İspaniyada sərnişin avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 27-si xəsarət alıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ İspaniyada sərnişin avtobusu qəzaya uğrayıb. 

“Report” xəbər verir ki, bu barədə İspaniya Mülki Qvardiyası və Milli Polisindən bildiriblər.

Belə ki, Aviles şəhərində Kudilyero-Aviles-Xixon marşrutu ilə hərəkətdə olan avtobus piyada üst keçidinin beton dayağına çırpılıb. Nəticədə 5 nəfər ölüb, 27 nəfər xəsarət alıb. 

Onlardan bəziləri xəstəxanaya helikopterlə daşınıb. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi