İspaniyada pandemiya qurbanlarının sayı 26 744-ə yüksəldi

İspaniyada pandemiya qurbanlarının sayı 26 744-ə yüksəldi İspaniyada ötən sutka ərzində daha 123 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
11 May , 2020 13:29
İspaniyada pandemiya qurbanlarının sayı 26 744-ə yüksəldi

İspaniyada ötən sutka ərzində daha 123 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 26 744-ə çatıb.

Ölkədə koronavirusa yoluxanların sayı 227 436-ya yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,1 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 284 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi