İspaniyada koronavirusa yoluxanların sayı 230 minə yaxınlaşdı

İspaniyada koronavirusa yoluxanların sayı 230 minə yaxınlaşdı İspaniyada ötən sutka ərzində daha 184 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
13 May , 2020 14:10
İspaniyada koronavirusa yoluxanların sayı 230 minə yaxınlaşdı

İspaniyada ötən sutka ərzində daha 184 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 27 104-ə çatıb.

Ölkədə koronavirusa yoluxanların sayı isə 228 691-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,3 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 293 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi