İspaniyada koronavirusa yoluxanların sayı 220 000-ə çatır

İspaniyada koronavirusa yoluxanların sayı 220 000-ə çatır İspaniyada ötən sutka ərzində daha 185 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
5 May , 2020 13:16
İspaniyada koronavirusa yoluxanların sayı 220 000-ə çatır

İspaniyada ötən sutka ərzində daha 185 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 25 613-ə çatıb.

Ölkədə koronavirusa yoluxanların sayı isə 218 011-dən 219 329 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 660 000-i ötüb. Bunların 1 203 850 nəfəri sağalıb, 252 675 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi