İspaniyada bir gündə 400-ə yaxın şəxs koronavirusdan öldü

İspaniyada bir gündə 400-ə yaxın şəxs koronavirusdan öldü İspaniyada koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Digər ölkələr
1622
22 Mart , 2020 15:15
İspaniyada bir gündə 400-ə yaxın şəxs koronavirusdan öldü

İspaniyada koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə virus qurbanlarının sayı 1 720 nəfərə çatıb.

Məlumata görə, hazırda 28 572 nəfər koronavirus daşıyıcısıdır. Ən çox yoluxma halı Madrid muxtar bölgəsində qeydə alınıb - 9 702 nəfər.

Qeyd edək ki, ötən gün İspaniyada koronavirusa 24 926 nəfərin yoluxduğu, 1 326 nəfərin isə virusdan öldüyü xəbəri yayılmışdı.

Son xəbərlər

Orphus sistemi