İspaniyada Bekonun rəsm əsərlərini oğurlamaqda şübhəli bilinən 6 nəfər saxlanıb

İspaniyada Bekonun rəsm əsərlərini oğurlamaqda şübhəli bilinən 6 nəfər saxlanıb Rəsm əsərlərinin ümumi dəyəri 30 milyon avro həcmində qiymətləndirilir
Digər ölkələr
28 May , 2016 15:45
İspaniyada Bekonun rəsm əsərlərini oğurlamaqda şübhəli bilinən 6 nəfər saxlanıb

Bakı. 28 may. REPORT.AZ/ İspaniya xüsusi xidmət orqanları paytaxt Madriddə məşhur britaniyalı ekspressionist rəssam Frensis Bekonun ümumi dəyəri 30 milyon həcmində qiymətləndirilən beş rəsm əsərini oğurlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə istintaqa yaxın mənbələr məlumat verib.

Xatırladaq ki, bu rəsm əsərləri ötən yay İspaniya paytaxtının mərkəzində yerləşən şəxsi evlərin birindən oğurlanmışdı. Bu, ölkə tarixində ən böyük oğurluq hesab olunur.

Qeyd edək ki, hazırda saxlanan 6 nəfər girov qarşılığında azadlığa buraxılıb. Onlara qarşı oğurluq və cinayətin gizlədilməsi üzrə ittiham irəli sürülüb.

İş üzrə istintaq davam edir. Rəsm əsərlərinin özlərini tapmaq hələlik mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi