İspaniyada 5 milyon avro oğurlamaq istəyən qrup zərərsizləşdirilib

İspaniyada 5 milyon avro oğurlamaq istəyən qrup zərərsizləşdirilib Bakı. 3 noyabr. REPORT.AZ/ İspaniyada saxta bank kartları hazırlayan cinayətkar qruplaşma zərərsizləşdirilib.
Digər ölkələr
3 Noyabr , 2018 17:42
İspaniyada 5 milyon avro oğurlamaq istəyən qrup zərərsizləşdirilib

Bakı. 3 noyabr. REPORT.AZ/ İspaniyada saxta bank kartları hazırlayan cinayətkar qruplaşma zərərsizləşdirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İspaniya Milli Polisi yayıb.

Onların başçısı keçmiş məhbus, həmçinin 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktını maliyyələşdirənlərdən olub.

Qruplaşmanın 19 üzvü Madriddə tutulub.

Qruplaşma bankomatlardan və ticarət məntəqələrindən 5 milyon avro oğurlamağa cəhd göstərsə də, 500 min avro oğurlaya biliblər. Qruplaşma lideri və üzvlərinin qaldıqları yerdə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində İspaniya və xarici bankların 20 min saxta kartı aşkar edilib. 

Son xəbərlər

Orphus sistemi