İspaniya Senatının başçısı plagiatda şübhəli bilinir

İspaniya Senatının başçısı plagiatda şübhəli bilinir İspaniya Senatının (parlamentin yuxarı palatası) sədri Manuel Krus fəlsəfə mövzusundakı dərsliyini hazırlayarkən plagiata əl atmaqda şübhəli bilinir.
Digər ölkələr
10 Sentyabr , 2019 12:04
İspaniya Senatının başçısı plagiatda şübhəli bilinir

İspaniya Senatının (parlamentin yuxarı palatası) sədri Manuel Krus fəlsəfə mövzusundakı dərsliyini hazırlayarkən plagiata əl atmaqda şübhəli bilinir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABC qəzeti məlumat yayıb.

Məlumata görə, söhbət 2002-ci ildə çap edilmiş və 2010-cu ildə yenidən çap olunan "Müasir fəlsəfə" dərsliyindən gedir. 

Universitetdə müəllim də işləyən Senat rəhbərinin kitabında istinad etmədən azı 9 müəllifin işlərindən istifadə etdiyi şübhəsi var.

Nəşrin yazdığına görə, dərslikdə ümumilikdə azı 15 plagiat halı aşkarlanıb. Belə ki, Krus dərsliyində italiyalı filosoflar Nikola Abbanyano (1901-1990) və Canni Vattimonun, eləcə də digər mütəfəkkirlərin əsərlərindən istifadə edib.

İspaniya Senatının sədri hələlik bu məlumata münasibət bildirməyib.

Son xəbərlər

Orphus sistemi