İspaniya sahillərində 61 miqrant xilas edilib
Digər ölkələr
- 04 sentyabr, 2017
- 16:35
Bakı. 4 sentyabr. REPORT.AZ/ İspaniya sahillərində 61 miqrant xilas edilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Dənizdə Xilasetmə Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Aralıq dənizinin qərb hissəsində içində 47 nəfərin, o cümlədən 1 uşağın olduğu qayıq aşkarlanıb. Miqrantlar Tarif limanına (Kadis vilayəti, Əndəlis muxtar vilayəti) çatdırılacaqlar.
Daha əvvəl isə Tarifdən bir neçə dəniz mili məsafədə içində 7 nəfərin olduğu daha 2 qayıq aşkarlanıb.
Bu il Aralıq dənizi vasitəsilə İspaniyaya miqrasiya axını kəskin şəkildə artıb. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, yanvarın əvvəllərindən avqustun sonuna kimi ölkəyə dəniz yolu ilə 8385 nəfər gəlib. Qeyd olunur ki, 121 nəfər dənizdə ölüb.
Son xəbərlər
21:42
Sabahdan Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Mədəniyyət siyasəti21:23
ABŞ Ukraynaya "Patriot" üçün 10 ədəd raket verməyə hazırdır
Digər ölkələr20:59
"Milan" baş məşqçisi Ruben Amorimlə yolları ayırmağı düşünmür
Futbol20:58
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
Digər ölkələr20:53
Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir
Digər ölkələr20:26
Cəlilabadda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq - YENİLƏNİB
Hadisə20:15
Foto
Ordubadda "Cənnətin iqamətgahı" sənədli filminin təqdimatı olub
Sosial müdafiə20:07
Ukraynanın Lvov vilayətində ərazi komplektləşdirmə mərkəzinin yaxınlığında partlayış olub
Digər ölkələr20:05
Foto