İspaniya sahillərində 5 miqrantın cəsədi tapılıb

İspaniya sahillərində 5 miqrantın cəsədi tapılıb Onların hansı şəraitdə ölmələri hələlik müəyyənləşdirilməyib
Digər ölkələr
15 Yanvar , 2017 16:35
İspaniya sahillərində 5 miqrantın cəsədi tapılıb

15 yanvar. REPORT.AZ/ İspaniya polisi ölkənin cənub sahillərində 5 miqrantın cəsədinin tapıldığını bildirib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, cəsədlər çimərlikdə və Tarif şəhəri sahilləri yaxınlığında aşkarlanıb. Miqrantların hansı şəraitdə ölmələri hələlik müəyyənləşdirilməyib.

"Əgər biz onların arasında sağ qalanları tapa bilməsək, nə baş verdiyini müəyyənləşdirə bilmərik" – deyə polis rəsmisi bildirib.  

Son xəbərlər

Orphus sistemi