İspaniya parlamentinin ölkəyə baş nazir təyin etmək cəhdi alınmayıb

İspaniya parlamentinin ölkəyə baş nazir təyin etmək cəhdi alınmayıb İspaniya parlamentinin aşağı palatası ölkənin Sosialist İşçi Partiyasının baş katibi Pedro Sançesin baş nazir vəzifəsinə təsdiqlənməsi ilə bağlı ilkin səsverməni təxirə salıb.
Digər ölkələr
5 Yanvar , 2020 16:05
İspaniya parlamentinin ölkəyə baş nazir təyin etmək cəhdi alınmayıb

İspaniya parlamentinin aşağı palatası ölkənin Sosialist İşçi Partiyasının baş katibi Pedro Sançesin baş nazir vəzifəsinə təsdiqlənməsi ilə bağlı ilkin səsverməni təxirə salıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb yetərsayın olmamasıdır.

İspaniya qanunvericiliyinə görə, hökumət başçısı olmaq istəyən şəxs parlamentin 350 üzvündən azı 176-nın dəstəyini almalıdır. Səsvermədə isə bu qədər şəxs iştirak etməyib. Odur ki, bu məsələ 2 gündən sonra yenidən müzakirə olunacaq.

Xatırladaq ki, P.Sançes hazırda baş nazirinin vəzifə səlahiyyətlərini müvəqqəti icra edir. 

Son xəbərlər

Orphus sistemi