İspaniya Karlos Puçdemonun həbsi üçün Avropa orderinin verilməsini tələb edib

İspaniya Karlos Puçdemonun həbsi üçün Avropa orderinin verilməsini tələb edib Hazırda Kataloniyanın keçmiş hakimiyyətinin 5 nümayəndəsi Belçikadadır
Digər ölkələr
2 Noyabr , 2017 20:44
İspaniya Karlos Puçdemonun həbsi üçün Avropa orderinin verilməsini tələb edib

Bakı. 2 noyabr. REPORT.AZ/ İspaniya prokurorluğu Kataloniyanın hakimiyyətdən uzaqlaşdırılan başçısı Karlos Puçdemonun və onun silahdaşlarının həbsi üçün Avropa orderinin verilməsini tələb edib.

"Report"un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, hazırda Kataloniyanın keçmiş hakimiyyətinin 5 nümayəndəsi Belçikadadır.

Prokurorluğun sorğusuna əsasən, İspaniya məhkəməsi həbs üçün Avropa orderi verəcəyi təqdirdə, bu, Karlos Puçdemonun 60 gün ərzində Aİ-nin istənilən ölkəsindən, həmçinin Belçikadan qaytarılmasına imkan yaradacaq. 

Son xəbərlər

Orphus sistemi