İspaniya hökuməti Kataloniya parlamentini buraxıb

İspaniya hökuməti Kataloniya parlamentini buraxıb Dekabrın 21-də Kataloniyada parlament seçkiləri keçiriləcək
Digər ölkələr
27 Oktyabr , 2017 22:51
İspaniya hökuməti Kataloniya parlamentini buraxıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ İspaniyanın baş naziri Mariano Raxoy bildirib ki, ölkə hökuməti Kataloniya parlamentinin buraxması haqqında qərar qəbul edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Bildirilir ki, baş nazir bu haqda ispan hökumətinin iclasından sonra çıxışı zamanı deyib.

"Biz hesab edirik ki, təcili Kataloniya vətəndaşlarına qulaq asmaq lazımdır ki, onlar öz gələcək müqəddəratlarını həll edə bilsinlər və heç kim onların adından qanunun əksinə hərəkət edə bilməsin", - deyə Raxoy vurğulayıb.

İspaniyanın baş naziri əlavə edib ki, dekabrın 21-də Kataloniyada parlament seçkiləri keçiriləcək. Kataloniya hökumətinin üzvləri isə öz vəzifələrindən kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi