​İspaniya Fələstin dövlətini tanımağa hazırdır

​İspaniya Fələstin dövlətini tanımağa hazırdır İspaniyanın xarici işlər naziri bu bəyanatla çıxış edib
Digər ölkələr
15 Noyabr , 2014 03:05
​İspaniya Fələstin dövlətini tanımağa hazırdır
Bakı. 15 noyabr. REPORT.AZ/ İspaniya İsrail və Fələstin Milli Muxtariyyəti arasında ilkin sazişin əldə olunmasını gözləmədən Fələstin dövlətini tanıya bilər.

"Report" xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqalo ölkə parlamentində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, tanınma haqqında qərar İspaniyanın bu addımın Fələstin-İsrail danışıqlarının irəliləməsinə təkan verəcəyini düşünəcəyi, yaxud heç bir irəliləyişin olmadığı açıq-aydın görünəcəyi təqdirdə qəbul olunacaq.

Bununla yanaşı İspaniyanın XİN rəhbəri etiraf edib ki, Fələstin dövləti yalnız İsrail ilə saziş əldə edəcəyi təqdirdə həyat qabiliyyətli ola biləcək, çünki sərhədlərin müəyyən edilməsi, Yerusəlimin statusu və Fələstin qaçqınlarının geri qayıtmaq hüququ kimi bir sıra mühüm məsələlərin həll edilməsi lazımdır. 

Son xəbərlər

Orphus sistemi