Yuxarı

​İspaniya 17 mindən artıq miqrant qəbul edəcək

Ölkə hakimiyyəti Avropa Komissiyasının kvotası ilə razılaşıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ İspaniya hakimiyyəti sentyabrın 9-da Avropa Komissiyası tərəfindən təklif olunan və 14 min 931 mühacirə sığınacaq verilməsini nəzərdə tutan mühacir qəbulu üzrə kvota ilə razılaşıb.

"Report" xəbər verir ki, bu barədə Qərb mətbuatının məlumatında bildirilir.

Belə olan halda, İspaniya Madridin hələ cari ilin iyul ayında qəbul etdiyi 2 min 749 nəfər də daxil olmaqla cəmi 17 min 680 qaçqına sığınacaq vermiş olacaq.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib ki, Krallıq yaxın beş il ərzində 20 minədək suriyalı qaçqını qəbul etməyə hazırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi