"Report" xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqları üzrə Rəsədxanasına istinadən "Reuters" məlumat yayıb.
Məlumata görə, "İslam ordusu" qruplaşmasının silahlıları "Millət ordusu"nun üzvləri ilə silahlı toqquşmaya giriblər.
Hər iki qruplaşma sünni müsəlmanlardan ibarətdir və onlar Bəşər Əsəd rejiminin devrilməsi uğrunda mübarizə apardıqlarından, aralarında ideoloji münaqişə deyil, hakimiyyət uğrunda mübarizə gedir.
"İslam ordusu" qarşı tərəfin, həmçinin xeyli sayda üzvünü əsir götürüb.