İŞİD silahlıları Misir piramidalarını partlatmaqla təhdid edib - VİDEO

İŞİD silahlıları Misir piramidalarını partlatmaqla təhdid edib - VİDEO Terrorçu qruplaşma piramadaları partlatmaq təhlükəsi ilə bağlı videorolik yayıb
Digər ölkələr
8 İyun , 2016 12:46
İŞİD silahlıları Misir piramidalarını partlatmaqla təhdid edib - VİDEO

Bakı. 8 iyun. REPORT.AZ/ "İslam Dövləti" (İŞİD) qruplaşmasının silahlıları Misir piramidalarını partlatmaqla təhdid edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qruplaşma tərəfindən yayılan videorolikdə deyilir. 

Həmin videorolikdə memarlıq abidəsini məhv edəcəklərinə söz verən yaraqlılar əks olunub. İraqın Nimrud şəhərində Nabu məbədinin dağıdılması təhlükəsindən sonra həmin binanın partladılması kadrları nümayiş olunur. Sonda Misir piramidalarının və Sfinksin şəkli göstərilir. Qara geyimli yaraqlı bildirir ki, "kafirlər" tərəfindən tikilən qədim abidələrin dağıdılması İŞİD-in borcudur.

Son xəbərlər

Orphus sistemi