Yuxarı

İslam Dövləti Kobanidə hücumları davam etdirir

İslam Dövləti döyüşçüləri azı 146 nəfəri qətlə yetirib

Bakı. 26 İyun. REPORT.AZ/ Suriyada kürdlərin nəzarət etdiyi Kobani şəhərinə hücum zamanı İslam Dövləti döyüşçüləri azı 146 nəfəri qətlə yetirib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi məlumata görə, döyüşlər cümə axşamından davam edir.

"İslam Dövləti" döyüşçüləri hazırda Kobaninin üç rayonunda gizlənirlər. Onların orada əsir tutduqları güman edilir. Onlarla "İslam Dövləti" döyüşçüsü də öldürülüb.

Suriyada 2011-ci ilin mart ayında başlayan və hələ də davam edən döyüşlər nəticəsində 220 min insan həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi