“İslam dövləti” qruplaşması daha bir amerikalı jurnalisti edam edib

“İslam dövləti” qruplaşması daha bir amerikalı jurnalisti edam edib Onlar daha bir əsir - britaniyalı Devid Xeynsi də öldürəcəkləri ilə hədələyiblər
Digər ölkələr
3 Sentyabr , 2014 12:09
“İslam dövləti” qruplaşması daha bir amerikalı jurnalisti edam edib
Bakı. 3 sentyabr. REPORT.AZ/ "İslam dövləti" qruplaşmasının yaraqlıları daha bir jurnalistin başının kəsilməsini əks etdirən görüntülər yayıb. Report Reuters agentliyinə istinadən xəbər verir ki, "Amerikaya ikinci müraciət" adlı videoyazıda üzü maskalı şəxs narıncı rəngdə kostyumda olan jurnalist Stiven Sotloffun başını kəsir. 

Həmin şəxs daha bir əsir - britaniyalı Devid Xeynsi də "edam edəcəkləri" ilə hədələyir və hökumətləri "İslam dövlətinə qarşı Amerikanın şeytan ittifaqını" dəstəkləməkdən imtina etməyə çağırıb. 

Müstəqil jurnalist Stiven Sotloff 2013-cü il avqust ayında Suriya sərhədini keçərkən yaraqlılar tərəfindən qaçırılıb. 

Bu ilin avqust ayının 19-da internetdə digər amerikalı jurnalist Ceyms Foulun edamını əks etdirən videogörüntülər yayılıb. "İslam dövləti" qruplaşmasının üzvü onun da başını kəsib. 

Son xəbərlər

Orphus sistemi