İŞİD yaraqlıları Mosulda Dəclə çayı üzərində olan körpüləri partladır

İŞİD yaraqlıları Mosulda Dəclə çayı üzərində olan körpüləri partladır Bu addım İraq silahlı qüvvələri və müttəfiqlərinin şəhərin qərbinə hücum etməsinin qarşısını almaq məqsədilə atılır
Digər ölkələr
13 Yanvar , 2017 12:45
İŞİD yaraqlıları Mosulda Dəclə çayı üzərində olan körpüləri partladır

Bakı. 13 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlıları Mosulda Dəclə şayı üzərində dağılmamış bütün körpüləri partlatmağa başlayıb.

"Bu barədə "Report" "Al Arabiya" telekanalına istinadən xəbər verir.

Qeyd olunur ki, bu addım İraq silahlı qüvvələri və müttəfiqlərinin hazırda İŞİD tərəfindən nəzarət olunan şəhərin qərbinə hücum etməsinin qarşısını almaq məqsədilə atılır.

Qeyd edək ki, keçən il oktyabrın 16-da Mosulun İŞİD-dən azad edilməsi üzrə əməliyyata başlanılıb. İraq qüvvələri və müttəfiqləri artıq Dəclə çayının sol sahilində şəhərin əhəmiyyətli hissəsini azad edib.

Son xəbərlər

Orphus sistemi