Yuxarı

​İŞİD terrorçuları Suriyanın Mənbic şəhərində təslim olublar

Terrorçular şəhərdə yerli sakinlərdən canlı sipər kimi istifadə ediblər

Bakı. 17 avqust. REPORT.AZ/ İŞİD terror təşkilatının yaraqlıları Suriyanın müxalifət qüvvələri tərəfindən mühasirəyə alınan Mənbic şəhərində oranı tərk etmək fürsəti müqabilində silahı yerə qoyublar.

"Report" xəbər verir ki, bu barədə Pentaqondakı mənbəyə istinadən "USA Today" məlumat yayıb.

Mənbənin məlumatına görə, terrorçular ABŞ tərəfindən dəstəklənən "Suriya Demokratik Qüvvələri" qruplaşmasının onları mühasirəyə almasından sonra təslim olublar.

Terrorçular şəhərdə yerli sakinlərdən canlı sipər kimi istifadə etdiklərindən, onların şəhərdən çıxmasına imkan verilməsi barədə qərar qəbul olunub. Şəhəri təqribən 100-200 yaraqlı ABŞ-ın pilotsuz apparatlarının müşayəti ilə tərk edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi