İŞİD terrorçuları Əfqanıstanda "Taliban" liderlərindən birini öldürüb

İŞİD terrorçuları Əfqanıstanda "Taliban" liderlərindən birini öldürüb Öldürülən şəxs Maulvi Dauddur
Digər ölkələr
29 Aprel , 2017 22:15
İŞİD terrorçuları Əfqanıstanda Taliban liderlərindən birini öldürüb

Bakı. 29 aprel. REPORT.AZ/ İŞİD terrorçuları Əfqanıstanda "Taliban" hərəkatının liderlərindən birini öldürüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" əfqan taliblərinə istinadən məlumat yayıb. 

Xəbərdə bildirilir ki, hadisə Pakistanın şimal-qərbindəki Peşavar şəhərində baş verib. "Taliban" hərəkatındakı mənbənin agentliyə verdiyi məlumata görə, öldürülən şəxs Maulvi Dauddur. O, şəhər ətrafında qruplaşmalar arasında baş vermiş silahlı qarşıdurmada məhv edilib. 

Daudla yanaşı, daha 2 nəfər də öldürülüb.

"Taliban"ın nümayəndəsi Zabiullah Mücahid Daudun ölümünü təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi