İŞİD tərəfdarları Ohayo ştatının hökumətinin saytlarını dağıdaraq Trampı hədələyiblər

İŞİD tərəfdarları Ohayo ştatının hökumətinin saytlarını dağıdaraq Trampı hədələyiblər Xakerlər dağıdılmış saytlarda ABŞ prezidentinin müsəlman ölkələrində tökdüyü hər damla qana görə cavab verəcəyi barədə mesajlar yerləşdiriblər
Digər ölkələr
26 İyun , 2017 06:15
İŞİD tərəfdarları Ohayo ştatının hökumətinin saytlarını dağıdaraq Trampı hədələyiblər

Bakı. 26 iyun. REPORT.AZ/ Xakerlər ABŞ-ın Ohayo ştatı hökumətinin bir neçə saytını dağıdaraq orada İŞİD terror qruplaşmasını dəstəkləyən məlumatlar yerləşdiriblər.

"Report"un məlumatına görə, bununla bağlı "Associated Press" xəbər verib.

Ştatın qubernatorunun administrasiyasının nümayəndəsi Con Keysik saytların xakerlərin hücumlarına məruz qalmasını təsdiqləiyb. Cinayətkarlar xüsusən qubernatorun özünün, onun xanımının və ştatın departamentlərinin saytlarını dağıdıblar.

Xakerlər dağıdılmış saytlarda ABŞ prezidenti Donald Trampın müsəlman ölkələrində tökdüyü hər damla qana görə cavab verəcəyi barədə mesajlar yerləşdiriblər.

Qeyd edək ki, hazırda hökumətin bir neçə saytı işləmir. 

Son xəbərlər

Orphus sistemi