Yuxarı

İŞİD Suriyanın qərbində daha bir şəhəri ələ keçirib

Şəhərə uğrunda döyüşlərdə 37 suriyalı hərbçi ilə 23 İŞİD üzvünün öldüyü bildirilir

Bakı. 6 avqust. REPORT.AZ/ Suriyanın qərbində yerləşən strateji əhəmiyyətə sahib Əl-Karyatayn şəhəri İŞİD terror təşkilatı tərəfindən ələ keçirilib.

"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, üç kamikadze avqustun 5-də şəhərin girəcəyində hökumət qüvvələrinin nəzarət-keçid məntəqəsi yanında partlayış törədiblər. Ardından terrorçular hücuma keçiblər. Şəhər uğrunda döyüşlərdə 37 suriyalı hərbçi və 23 İŞİD üzvünün öldüyü bildirilir. 

Beləliklə, terrorçular Xoms şəhərinin şərqində yerləşən bölgələrdə nəzarəti bütövlüklə təmin ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi